Avq
2020
18:14
38
506
6837
Virtual karabakh

Fransanın Livana qayıtması üçün onlayn petisiya

6 Avq, 2020
18:14
6837

Fransanın Livana qayıtması üçün onlayn petisiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bır sıra KİV-lər xəbər verir ki, Fransa prezidenti Makronun Livana səfəri ilə eyni vaxtda minlərlə livanlı onlayn petisiya imzalayaraq, Fransanı növbəti 10 il ərzində ölkələrini yenidən nəzarətə götürməyə çağırıblar.

Müraciətdə deyilir: “Livan rəsmiləri təhlükəsizliyin təmin edilməsində və ölkəni idarə etməkdə tamamilə səriştəsiz olduqlarını açıq şəkildə göstəriblər. Uğursuz bir sistem, korrupsiya, terrorizm və yaraqlıların tüğyan etməsi ilə ölkə son nəfəsinə çatıb”.

Bununla belə, xəbər hazırlananadək sözügedən petisiyanı 48 min nəfər imzalasa da, sosial mediada bir sıra tənqidlərlə də üzləşib.

Qeyd edək ki, Livan 1943-cü ildə müstəqilliyini əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri