Avq
2020
10:22
13
126
2871
Virtual karabakh

Səma cisimlərinin adları dəyişdirilir

7 Avq, 2020
10:22
2871

Səma cisimlərinin adları dəyişdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NASA göy cisimlərinə illər əvvəl verdiyi “irqçilik və ayrı-seçkilik” təşkil edən adları dəyişəcəyini açıqlayıb.

“HaberGlobal” məlumat verir ki, bunlara “Eskimo Dumanı”, “Siyam Əkizləri Qalaktikası” kimi adlar daxildir.

NASA bu istiqamətdə ilk addım olaraq “NGC-2392”yə verilən “Eskimo Dumanı” adını dəyişdirməyə qərar verib.

Eskimo Arktika bölgələrinin yerli əhalisinə verilən ad olaraq, irqçi mənşəli müstəmləkə termini qismində qəbul edilir.

Əvvəllər ABŞ və Danimarkadakı anti-irqçi fəallar dondurma istehsalçılarına məhsullarını “eskimo” adlandırmağı dayandırmaq üçün təzyiq göstəriblər.

Təşkilatın açıqlamasına rəğmən, veb-saytda bu “irqçi” adın hələ dəyişdirilmədiyi görünür.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri