14 
Avq
2020
10:11
178
27
2027
Virtual karabakh

Fələstin Əbu-Dabidəki səfirini geri çağırdı

14 Avq, 2020
10:11
2027

Fələstin Əbu-Dabidəki səfirini geri çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fələstin Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) ilə İsrail arasında normallaşdırma sazişinə cavab olaraq Əbu-Dabidəki səfirini geri çağırır.

“Anadolu” agentliyi bu barədə Fələstin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla xəbər yayıb.

BƏƏ-İsrail razılaşmasının baş tutduğunu ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında yazıb:

“Bu gün böyük irəliləyiş baş verib. İki böyük dostumuz - İsraillə BƏƏ arasında tarixi sülh sazişi”.

Fələstin rəhbərliyi əvvəlki açıqlamasında BƏƏ-nin İsraillə razılaşmasını Qüds, Əl-Əqsa məscidi və Fələstinə xəyanət kimi qiymətləndirmişdi.

BƏƏ 1979-cu ildə Misir, 1994-cü ildə İordaniyadan sonra İsraillə normallaşma sazişi imzalayan üçüncü ərəb ölkəsidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri