Sen
2020
15:00
123
272
3828
Virtual karabakh

Gürcüstanda toy və yas mərasimlərinin keçirilməsi qadağan edildi - VİDEO

9 Sen, 2020
15:00
3828

Gürcüstanda toy və yas mərasimlərinin keçirilməsi qadağan edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusla mübarizə üzrə Gürcüstanın Baş naziri yanında İdarələrarası Koordinasiya Şurası ölkədə koronavirusa yoluxmuş insanların sayının kəskin artması ilə əlaqədar toy, yas mərasimləri və digər sosial tədbirlərin qadağan edilməsinə dair qərar qəbul edib.

TASS agentliyi məlumat verir ki, bu barədə hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili keçirdiyi brifinqində bildirib.

Hökumət rəsmisi qeyd edib ki, Gürcüstan faktiki olaraq əvvəllər qüvvədə olan məhdudiyyətlərə qayıdır. İstər qapalı şəraitdə olsun, istərsə də açıq havada kütləvi tədbirlərin keçirilməsi qadağandır.

Qeyd edək ki, ötən gün Gürcüstanda daha 45 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə gündəlik yoluxma sayında yeni rekord qeydə alınıb.

Əksər yoluxmalar böyük turist axınının olduğu Acarıstan bölgəsində qeydə alınıb.

Statistikaya əsasən, bu günə qədər Gürcüstanda 1 773 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 19 nəfər ölüb, 1 325 nəfər sağalıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri