20 
Sen
2020
23:15
29
203
6252
Virtual karabakh

Danimarkada uşaq kanalında çəkilən veriliş qalmaqal yaratdı

20 Sen, 2020
23:15
6252

Danimarkada uşaq kanalında çəkilən veriliş qalmaqal yaratdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Danimarkada fəaliyyət göstərən uşaq kanallarından birində yayımlanan şou qalmaqal yaradıb.

“Sputnik Türkiyə” xəbər verir ki, 11-13 yaşlı uşaqların izləyici olaraq qatıldığı şouda “qüsursuz vücud” mövzusu müzakirə olunub.

Proqramın cinsiyyət orqanlarındakı qüsursuzluqlar hissəsində beş nəfər böyük insan studiyada, uşaqların önündə soyunublar. Aparıcı isə uşaqlardan onların bədənləri ilə bağlı istənilən sualları vermələrini istəyib.

Yayımdan sonra baş vermiş hadisələri ciddi tənqidlə qarşılanıb.

Danimarka Xalq Partiyasının rəsmisi Peter Skaarup uşaqların bu yaşda böyüklərin cinsiyyət orqanları ilə bağlı danışmaqlarının yanlış olduğunu, onların erkən yaşda bu cür məlumatları əldə etmələrinin doğru olmadığını bildirib.

Proqramın yaradıcı heyəti isə verilişi uşaqlara fiziki məhdudiyyətlər mövzusunda məlumat vermək üçün çəkdiklərini iddia ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri