22 
Sen
2020
16:03
73
16
961
Virtual karabakh

Yaponiyanın XİN rəhbəri: “BMT TŞ-nın daimi üzvü olmağa hazırıq”

22 Sen, 2020
16:03
961

Yaponiyanın XİN rəhbəri: “BMT TŞ-nın daimi üzvü olmağa hazırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatların olmasını vacib hesab edir və onun daimi üzvü olmağa hazırdır.

Bu barədə TASS Yaponiyanın Xarici İşlər naziri Tosimitsu Moteqiyə istinadən məlumat yayıb.

“BMT-nin möhkəmlənməsi üçün Təhlükəsizlik Şurasının islahatlarını daha çox ləngitmək olmaz. Təəssüflər olsun ki, 75 il əvvəl yaranmış sistem qarşısındakı tapşırıqları tamamilə yerinə yetirə bilmir. Əminəm ki, məsuliyyəti öz üzərinə götürmək istəyən və ya buna imkanı olan üzv ölkələr genişləndirilmiş TŞ-da iştirak etməlidir. Yalnız bundan sonra Təhlükəsizlik Şurası təsirli və reprezentativ bir orqan kimi bərpa ediləcək. Yaponiya Təhlükəsizlik Şurasının daimi üzvü kimi bu vəzifələri yerinə yetirməyə və dünyada nizam və sabitliyin yaradılmasına töhfə verməyə tam hazırdır”, - nazir bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri