23 
Sen
2020
12:31
40
143
1398
Virtual karabakh

Minskdə etiraz aksiyasına qoşulan azərbaycanlı Rusiyaya deportasiya olunub

23 Sen, 2020
12:31
1398

Minskdə etiraz aksiyasına qoşulan azərbaycanlı Rusiyaya deportasiya olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun paytaxtı Minskdə etiraz aksiyalarında iştirak etmiş azərbaycanlı saxlanılıb.

“Report”un Avropa bürosunun məlumatına görə, saxlanılan şəxs əslən Azərbaycanın Beyləqan rayonundan olan, Rusiya vətəndaşı Aslanov Polad Rüstəm oğludur. 

Aksiya iştirakçısı Rusiyaya deportasiya edilib.

Məhkəmənin deport ilə bağlı çıxardığı qərara səbəb olaraq xuliqanlıq, ictimai asayişi pozmaq və polisə müqavimət göstərilib.

Qeyd edək ki, daha əvvəl aksiyada iştirak edən bir azərbaycanlının Ukraynaya deportasiya olunması, daha bir nəfərin isə itkin düşməsi barədə xəbər yayılıb.

Xatırladaq ki, avqustun 9-dan Belarusda prezident seçkisinin nəticələrinə etiraz olaraq “Ədalət uğrunda!” şüarı altında etiraz aksiyaları davam edir. Sonuncu dəfə genişmiqyaslı aksiyalar sentyabrın 20-də Belarusun paytaxtı Minskdə və əsas şəhərlərində keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri