26 
Sen
2020
10:14
95
25
1227
Virtual karabakh

Tramp “Black lives matter” hərəkatının üzvlərini səfeh adlandırdı

26 Sen, 2020
10:14
1227

Tramp “Black lives matter” hərəkatının üzvlərini səfeh adlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Black lives matter” (“Qaradərililərin həyatı önəm kəsb edir”) hərəkatı öz fəaliyyəti ilə qaradərili ABŞ vətəndaşlarına zərər vurur və  ölkədəki irqlərin bərabərliyini təmin etmək üçün demokratların prezidentliyə namizədi Co Bayden təqaüdə çıxmalıdır”.

TASS agentliyi xəbər verir ki, bu fikirləri Atlantada (Corciya ştatı) qaradərili tərəfdarları ilə görüşən Birləşmiş Ştatlar Prezidenti Donald Tramp səsləndirib.

D.Tramp bildirib ki, “Black lives matter” hərəkatının ideologiyası və taktikası bir çox qaradərili vətəndaşların həyatını məhv edir.

ABŞ prezidenti qorxu və ya zəiflik üzündən “Black lives matter” hərəkatına ianələr verən böyük şirkətləri tənqid edərək afroamerikalıların hüquqlarının müdafiəsi üçün təsis edilmiş hərəkatın üzvlərini səfeh adlandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri