26 
Sen
2020
10:54
107
65
3709
Virtual karabakh

Ukraynada dövlət bayraqları endirilib

26 Sen, 2020
10:54
3709

Ukraynada dövlət bayraqları endirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Aleksey Kuçer ötən gün “An-26” hərbi təyyarəsinin qəzaya uğramasına görə 26 sentyabr tarixini matəm günü elan edib.

Bu barədə müvafiq qərar yerli hakimiyyət qurumunun saytında dərc olunub.

Bildirilir ki, çoxsaylı insan ölümü ilə əlaqədar bu gün Ukraynanın Xarkov əyalətində bütün inzibati binalarda dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, Ukraynada “An-26” hərbi təyyarəsinin Xarkov əyalətinin Çuquev şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub, iki nəfər xəsarət alıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri