29 
Sen
2020
11:06
346
54
2958
yuxarı
BMT Baş katibi: “İnsanları koronavirusla bağlı dezinformasiya öldürür”
29 Sen, 2020
11:06
2958
346
54
BMT Baş katibi: “İnsanları koronavirusla bağlı dezinformasiya öldürür”
BMT Baş katibi Antonio Quterreş dünyada koronavirusdan ölüm sayının təəccüb doğurduğunu deyib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
“Dünyamız dəhşətli bir mərhələyə qədəm qoyub: COVID-19 pandemiyası bir milyon insanın həyatına son qoyub. Bu təəccüb doğuran rəqəmdir”, - deyə o bildirib.
Eyni zamanda A.Quterreş qeyd edib ki, virusun yayılmasının, iş yerlərinin itirilməsinin və sarsıntıların sonu görünmür:
“Bu problemin öhdəsindən gələ bilərik. Səhvlərdən nəticə çıxarmalıyıq. Məsuliyyətli rəhbərlik vacibdir. Elm və əməkdaşlıq önəmlidir”.
Onun fikrincə, insanları koronavirusla bağlı dezinformasiya öldürür.
Baş katib insanları dünya peyvənd əldə edənə qədər məsafə saxlamağa, maska taxmağa və gigiyena qaydalarına riayət etməyə çağırıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
27 
Apr
2024
01:50
Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB
4
11
487
27 
Apr
2024
00:44
Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək
25
4
428