16 
Okt
2020
01:50
219
33
2891
Virtual karabakh

“Twitter” və “Facebook” ABŞ-da siyasi qalmaqala səbəb oldu

16 Okt, 2020
01:50
2891

“Twitter” və “Facebook” ABŞ-da siyasi qalmaqala səbəb oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Twitter” və “Facebook” Co Bayden haqqında dərc edilən ifşaedici materialların yayımlanmasına qadağa qoyaraq siyasi qalmaqala səbəb olub.

14 oktyabrda “New York Post” qəzetində demokratların ABŞ prezidentliyinə namizədi Co Bayden haqqında məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, bir neçə il əvvəl Co Bayden oğlunun işlədiyi şirkət barədə istintaq aparan Ukrayna baş prokurorunun istefaya göndərilməsinə çalışıb.

Baza.io xəbər verir ki, məqalənin çıxdığı gün sosial şəbəkələr öz qaydalarına istinad edərək “New York Post”un sözügedən materialının paylaşmasına qadağa qoyub.

Nəticədə, qoyulan bu qadağa respublikaçılar və sıravi sosial şəbəkə istifadəçilər arasında hiddət doğurub.

Bütün gün ərzində “Twitter” sərt tənqidlərə məruz qalıb və oktyabrın 15-də sosial şəbəkə rəhbəri Jack Dorsey etiraf edib ki, şirkət öz mövqeyini istifadəçilərə doğru çatdıra bilməyib.

“Twitter”dən verilən açıqlamada qeyd olunur ki, “New York Post” tərəfindən sızdırılan məlumatlar içində şəxsi mobil nömrələr və elektron ünvanlar açıq şəkildə qeyd olunub, bu isə şirkətin qaydalarına ziddir.

Ancaq bu açıqlama şirkəti tənqiddən qurtara bilməyib. İstifadəçilər “Twitter”i “federal seçkilərə qarışmaqda” və demokratların “solçu senzurası” üçün çalışmaqda günahlandırdılar.

“Twitter”lə yanaşı, Co Baydenlə  bağlı material “Facebook” tərəfindən də bloklanıb. Nəticədə sosial şəbəkə istifadəçiləri “Facebook”u da senzurada ittiham ediblər.

KİV-lər isə sosial şəbəkələrin bu davranışını “görünməmiş” adlandırır və qeyd edirlər ki, sosial şəbəkələr ilk dəfədir nüfuzlu xəbər nəşrinin keçidlərini bloklamağa qərar veriblər.

Donald Tramp vəziyyətin dəhşətli olduğunu deyib, C. Baydeni isə “rüşvətxor siyasətçi” adlandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri