19 
Okt
2020
12:16
471
26
5119
Virtual karabakh

BƏƏ heyəti Məscid əl-Əqsadan çıxarıldı

19 Okt, 2020
12:16
5119

BƏƏ heyəti Məscid əl-Əqsadan çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fələstinlilər İsrail polisinin mühafizəsində Məscid əl-Əqsaya girən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) heyətini oradan çıxarıb.

Bununla bağlı Fələstinin “Vadi Hilva” İnformasiya Mərkəzinin “Facebook” səhifəsində məlumat verilir.

Görüntülərdə İsrail polisinin müşayiəti ilə Məscid əl-Əqsaya daxil olan BƏƏ heyətinin məscid icması tərəfindən uzaqlaşdırılması əks olunub.

Fələstin vətəndaşı mübahisə etdiyi BƏƏ nümayəndə heyətini normallaşma (“münasibətlərin normallaşması” barədə müqavilə) tərəfdarı olmaqda günahlandırıb, onlarla iş görmədiyini deyib və Əqsadan dərhal ayrılmasını bildirib.

Müzakirələrdən sonra BƏƏ heyəti məscidi tərk etməli olub.

Qeyd edək ki, İsrail, BƏƏ və Bəhreyn arasında “münasibətlərin normallaşması” barədə müqavilələr 15 sentyabrda Ağ Evdə təşkil edilən rəsmi mərasimdə imzalanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri