23 
Okt
2020
13:30
25
546
4621
Virtual karabakh

Südəmər övladını çaya atdı, sonra oğurlandığı barədə elan verdi

23 Okt, 2020
13:30
4621

Südəmər övladını çaya atdı, sonra oğurlandığı barədə elan verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Çelyabinsk vilayətində qadın südəmər uşağının oğurlandığını bildirib.

“Life” xəbər verir ki, naməlum şəxslərin övladını oğurladığını deyən qadın sonradan uşağı çaya atdığını etiraf edib.

Onun sözlərinə görə, uşaq uzun müddət əziyyət çəkdiyi xəstəlikdən ölüb.

24 yaşlı ana ölmüş uşağının meyitindən qurtulmaq üçün birgə yaşadığı kişi ilə bərabər körpənin cəsədini Miass çayına atdıqlarını deyib.

Faktla bağlı “Adam öldürmə” maddəsi ilə cinayət işi başladılıb. Polislər ölümün əsl səbəbini müəyyənləşdirmək üçün körpənin cəsədini axtarırlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri