23 
Okt
2020
17:42
671
25
2204
Virtual karabakh

Komendant saatının tətbiqi Fransaya iki milyard avrodan baha başa gələcək

23 Okt, 2020
17:42
2204

Komendant saatının tətbiqi Fransaya iki milyard avrodan baha başa gələcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada komendant saatının tətbiqi ölkə iqtisadiyyatına 2 milyard avrodan baha başa gələcək.

Bu barədə ölkənin İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mer “Europe 1” radiostansiyasına müsahibəsində bildirib.

“Əgər altı həftə ərzində 56 şöbədə komendant saatından söhbət gedirsə, o zaman 2 milyard avrodan bir az çox olan xərclərdən danışırıq”, - deyə fransalı nazir bildirib.

O qeyd edib ki, böhranın əvvəlindən bəri sanitariya tədbirləri görüldüyü zaman, bu vəziyyətdən təsirlənən peşələrin nümayəndələrini dəstəkləyəcəyik.

Nazir əlavə etdi ki, fransızların narahatlıq üçün bir səbəbi yoxdur, çünki səlahiyyətlilər bu riskləri qabaqcadan görürlər:

“Həmrəylik fondu üçün 9 milyard avro ayırdıq. Bunun 6 milyardı artıq xərclənib. Hələ 3 milyardı qalır. Planlaşdırılan vəsaiti gələn ilin əvvəlinə qədər istifadə edə bilərik”.

Le Mer qeyd edib ki, Fransa 2019-cu ildəki iqtisadi inkişaf göstəricilərini yalnız 2022-ci ildə bərpa edə biləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri