27 
Okt
2020
00:24
555
39
2572
Virtual karabakh

İranda fond birjasının qurbanları parlament qarşısında etiraza qalxdı

27 Okt, 2020
00:24
2572

İranda fond birjasının qurbanları parlament qarşısında etiraza qalxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Fond Birjasının onlarla qurbanı birjanın ucuzlaşmasına etiraz edib.

Bu barədə “Anadolu” agentliyi xəbər yayır.

Onlar ölkənin ali dini lideri Əli Xameneinin “İnvestisiya üçün ən yaxşı yer maliyyə bazarındadır” sözləri yazılan pankartlar ilə ölkə Parlamentinin binası qarşısında toplaşıblar.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani 6 avqustda birjanın kəskin düşməsindən üç gün əvvəl etdiyi çıxışda cəmiyyəti birjaya investisiya qoymağa təşviq edib.

“Bazar göstəricilərinə görə önümüzdəki günlərdə birjanın vəziyyəti daha yaxşı olacaq. İnsanlar bütün varlıqlarını birjaya yatırmalıdır”, - deyə o bildirib.

Avqustun 9-da qiyməti düşən İran Fond Birjası indeksinin bu günə qədər 36 faiz dəyərini itirdiyi qeyd olunur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri