28 
Okt
2020
10:57
2031
32
11358
Virtual karabakh

İran qəzetindən Emmanuel Makrona cavab - FOTO

28 Okt, 2020
10:57
11358

İran qəzetindən Emmanuel Makrona cavab - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın “Vatan-e-Emrooz” qəzeti Fransa Prezidenti Emmanuel Makronun şeytan cildində karikaturasını dərc edib.

Bu barədə “Vzqlyad” xəbər yayıb.

“Parisli iblis” karikaturası qəzetin birinci səhifəsində yer alıb.

“Vatan-e-Emrooz” bunu Fransa prezidentinin Məhəmməd peyğəmbərin karikaturasının yayılmasını dəstəkləməsi ilə bağlı açıqlamalarına cavab adlandırıb.

Xatırladaq ki, İranda Milli Məclisin sədri Məhəmməd Bakir Qalibaf, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmhani və digər rəsmilər İslama və peyğəmbərinə qarşı edilən təhqirlərə sərt reaksiya göstəriblər.

Ümumiyyətlə, E.Makronun Məhəmməd peyğəmbərin karikaturasının yayılmasına icazə verməsi müsəlman dövlətlərində narazılıqla qarşılanıb, hətta bir sıra ölkələrdə Fransa məhsulları boykot edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri