Noy
2020
09:52
17
264
7091
Virtual karabakh

Koronavirusdan ölüm riskini ikiqat artıran amil müəyyənləşdirildi

3 Noy, 2020
09:52
7091

Koronavirusdan ölüm riskini ikiqat artıran amil müəyyənləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hamilələrin koronavirusdan ölmə riski digər qadınlardan iki dəfə çoxdur.

“Zvezda” telekanalının məlumatına görə,  ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəssisləri belə bir nəticəyə gəliblər.

Onlar 22 yanvar - 3 oktyabr tarixləri arasında koronavirusdan ölənlərin sayına dair statistik məlumatları təhlil ediblər. COVID-19-a yoluxmuş 19 mindən çox hamilə qadından 33 xəstənin öldüyü ortaya çıxıb. Hamilə olmayan qadınlar arasında bu rəqəm iki dəfə az olub.

Alimlər artan riskin böyük ehtimalla hamiləlik dövründə baş verən fizioloji dəyişikliklərlə əlaqəli olduğuna inanırlar: nəbzin sürətlənməsi və oksigen istehlakının artması ağciyər tutumunun azalması və bədənin immunitet sistemindəki dəyişikliklərə gətirir.

Bundan əvvəl rusiyalı həkimlər koronavirusdan sağalan qadınların yeni hamiləliyinin təhlükəli olması barədə xəbərdarlıq etmişdilər.

Onların sözlərinə görə, müalicə zamanı istifadə olunan preparatlar embrional hüceyrələrə və reproduktiv aparata təsir edə bilər. Onlar qadınlara sağalandan sonra azı üç ay gözləməyi məsləhət görürlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri