Noy
2020
05:30
70
524
14488
Virtual karabakh

Qəzaya uğrayan helikopterdən zərər dəymədən çıxarılan donor orqan tibb işçisinin əlindən düşdü - VİDEO

9 Noy, 2020
05:30
14488

Qəzaya uğrayan helikopterdən zərər dəymədən çıxarılan donor orqan tibb işçisinin əlindən düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın San-Dieqo şəhərində donor ürəyi daşıyan helikopter xəstəxananın damına enərkən qəzaya uğrayıb.

Bu barədə “Podyom” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, pilot və tibb işçiləri yüngül xəsarətlərlə xilas olublar. Transplantasiya üçün nəzərdə tutulan orqan müvəffəqiyyətlə göyərtədən çıxarılaraq həkimə təhvil verilib.

Ancaq problemlər bununla bitməyib. Orqan çantasını götürən tibb işçisinin ayağı burxulub və onu xəstəxananın damından yerə salıb.

Sonradan xəstəxana rəsmiləri orqana möcüzəvi şəkildə zərər dəymədiyini, iki saat sonra uğurlu şəkildə pasiyentə köçürüldüyünü bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri