22 
Noy
2020
02:05
171
46
2009
Virtual karabakh

“Gürcü Arzusu” partiyası parlament seçkilərində qalib gəldiyini elan etdi

22 Noy, 2020
02:05
2009

“Gürcü Arzusu” partiyası parlament seçkilərində qalib gəldiyini elan etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib ki, parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə, üzvü olduğu partiya bütün birmandatlı dairələrdə qalib gəlib.

“RİA Novosti” agentliyi xəbər verir ki, İ.Kobaxidze bu barədə mətbuat nümayəndələri üçün keçirilən brifinqdə bəyan edib.

“Səsvermənin ilkin nəticələri ilə bağlı məlumatlarımız var. Gözlənildiyi kimi, “Gürcü Arzusu” partiyasının namizədləri 17 dairənin hamısında qalib gələrək parlamentə mandatı alıblar. Bu səbəbdən növbəti parlamentdə “Gürcü Arzusu” 90 millət vəkili ilə təmsil olunacaq”, - deyə İ.Kobaxidze söyləyib.

O əlavə edib ki, müxalifətin ikinci tur seçkilərini boykot etməsinə baxmayaraq, Gürcüstanın yarım milyondan çox vətəndaşı seçkilərin ikinci turunda iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri