28 
Noy
2020
04:35
23
535
3037
Virtual karabakh

Rusiyada polisin şübhəliyə atdığı güllə məktəbliyə dəydi

28 Noy, 2020
04:35
3037

Rusiyada polisin şübhəliyə atdığı güllə məktəbliyə dəydi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adıgeydə şübhəlinin avtomobilini izləyən polis 14 yaşlı qızı ağır yaralayıb.

Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, YPX əməkdaşı avtomobillərdən birinə dayanması barədə göstəriş verib. Lakin “VAZ-2107”nin sürücüsü tələblərə qulaq asmayıb. Bu zaman polis şübhəlini təqib edib. Avtomobildə gənclə birlikdə yeniyetmə qız da olub.

Uzun müddətli təqibdən sonra polis avtomobilə bir neçə atəş açıb. Nəticədə güllələrdən biri maşındakı qızın belindən dəyib. Yalnız bundan sonra sürücü maşını saxlayıb.

Məlum olub ki, təqibdən qaçan 20 yaşlı yerli sakin Dəmir Teterin sürücülük vəsiqəsi olmayıb. Onun yanında əyləşən Susanna Hüseynova isə 9-cu sinif şagirdi olub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər qızın əlil qala biləcəyini deyiblər.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri