28 
Noy
2020
00:17
71
317
1513
yuxarı
Avropada quş qripinə yoluxma aşkarlandı
28 Noy, 2020
00:17
1513
71
317
Avropada quş qripinə yoluxma aşkarlandı
Belçika və Norveçdə quş qripinə yoluxma qeydə alınıb.
Bu barədə NRK məlumat yayıb.
İnfeksiya Norveçin Ruqaland regionunda vəhşi quşlarda tapılıb. Rəsmilər ərazidə ölü quşların tapılması halında dərhal əlaqədar qurumlara məlumat verilməsini tövsiyə edib. İnsanların yoluxma riskinin çox aşağı olduğu qeyd edilib.
Ölkənin bəzi yerlərində ev quşlarına “komendant saatı” tətbiq edilib. Bu o deməkdir ki, quşlar yoluxmanın qarşısının alınması üçün qapalı yerlərdə saxlanılacaq.
Quş qripinin yayılması həmçinin Belçikada qeydə alınıb. Fransa ilə sərhəd rayonu Menendə təxminən 600 quş virusdan ölüb. Daha 151 min quş infeksiya ilə mübarizə tədbirləri çərçivəsində məhv edilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək