18 
Dek
2020
12:00
154
30
6158
Virtual karabakh

Trampın binasını kim sökəcək? - FOTO

18 Dek, 2020
12:00
6158

Trampın binasını kim sökəcək? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əvvəllər ABŞ prezidenti Donald Trampa məxsus olan “Trump Plaza” kazino və hoteli nəzarətli partlayışla söküləcək. Atlantik Siti (Nyu-Cersi) şəhər hökuməti bu haqqı hərraca çıxarıb.

Lenta.ru-nun məlumatına görə, bununla bağlı şəhər meri Marti Smoll özünün “Facebook” hesabından məlumat verib.

“Bu binanı Trampın şəhərimizdəki keçmiş fəaliyyətinə əsaslanaraq yıxırıq. Tramp iflas qanunlarından istifadə etdi, Atlantic Sitidə böyük pullar qazandı, sonra isə şəhəri və sakinlərini taleyin ümidinə buraxdı”, - deyə o, bildirib.

Hərracdan toplanan pul, yeniyetmələr üçün peşə təhsili verən gənclik klubuna yönləndiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri