29 
Dek
2020
14:15
361
13
2787
Virtual karabakh

Lavrov və Çavuşoğlu Dağlıq Qarabağ məsələsini müzakirə etdilər

29 Dek, 2020
14:15
2787

Lavrov və Çavuşoğlu Dağlıq Qarabağ məsələsini müzakirə etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Soçidə təkbətək formatda görüş keçiriblər.

Bu barədə Rusiya XİN-in “Twitter” hesabında bildirilib.

Nazirlər prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında davamlı dialoqun və etimadın yüksək səviyyəsinin yalnız ikitərəfli deyil, həm də regional əlaqələrin inkişafı üçün vacib rol oynadığını qeyd ediblər.

Görüş zamanı siyasi dialoq, iqtisadiyyat, mədəniyyət, humanitar mübadilə, dini əlaqələr və turizm sahəsindəki əməkdaşlıqlar müzakirə edilib. 

Həmçinin, nazirlər prioritet məsələ sayılan Dağlıq Qarabağ mövzusu ətrafında da fikir mübadiləsi aparıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri