Yan
2021
10:10
195
69
2311
Virtual karabakh

Məşhur teleaparıcı koronavirusa yoluxdu

3 Yan, 2021
10:10
2311

Məşhur teleaparıcı koronavirusa yoluxdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur amerikalı teleaparıcı Larri Kinq koronavirusa yoluxub.

Yerli medianın məlumatına görə, aparıcı təcili şəkildə xəstəxanaya yerləşdirilib. COVİD testi pozitiv çıxan 87 yaşlı Larri Los-Anceles xəstəxanasında müalicə alır.

Ona hətta ən yaxınları ilə belə görüşməyə icazə verməyiblər.

Karyerası boyunca siyasətçilər, idmançılar, şou biznes nümayəndələri, iqtisadiyyatçılar və digər məşhur adamlarla 50 mindən çox müsahibə hazırlayan Kinqin şousu “Ginnesin rekordlar kitabı”na düşüb.

Qeyd edək ki, Larri Kinq 2017-ci ildə ağciyər xərçənginə tutulub. 2019-cu ildə anjioplastika əməliyyatı keçirib. 2020-ci ildə isə aparıcı insult keçirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri