Yan
2021
11:24
80
40
4165
Virtual karabakh

“Alibaba”nın itkin düşən yaradıcısı ilə bağlı görüntü gündəm oldu - VİDEO

5 Yan, 2021
11:24
4165

“Alibaba”nın itkin düşən yaradıcısı ilə bağlı görüntü gündəm oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alibabanın yaradıcısı Cek Manın müəmmalı şəkildə itkin düşdüyünə dair iddialardan sonra milyarderin taleyi ilə bağlı video sosial şəbəkələrdə gündəm olub.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

2014-cü ildə korrupsiya iddialarının təfərrüatlarını açıqlamaq üçün Çindən qaçan Qu Venqui, 2019-cu ildə maliyyə video kanalı “Real Vision”da çıxışında Manın öldürüləcəyi və ya həbsə atılacağı ilə bağlı proqnozlar vermişdi.

Onun sözlərinə görə, milyarderin “Ant Group” şirkəti ölkənin bank sisteminə meydan oxuyur və Çin üçün böyük problem yaradır.

Qeyd edək ki, Ma oktyabr ayında Çində bazar tənzimləyicilərini və dövlət banklarını tənqid etdikdən sonra müəmmalı şəkildə yoxa çıxmışdı. Bundan bir həftə sonra Çin hökuməti “Ant Group” (Manın fintex şirkəti) listinqini dayandırdı. Paralel olaraq “Alibaba Group”a qarşı antitrest istintaqı başlatdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri