17 
Yan
2021
17:13
501
300
18749
Virtual karabakh

Qara dənizdə batan gəmidə həlak olanların sayı artır - YENİLƏNİB + VİDEO

17 Yan, 2021
17:13
18749

Qara dənizdə batan gəmidə həlak olanların sayı artır - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qara dənizdə batan gəminin heyət üzvlərindən həlak olanların sayı artıq dördə çatıb.

Bu barədə yerli icra orqanları məlumat yayıb.

Qeyd olunur ki, hava şəraitinə görə xilasetmə əməliyyatı dayandırılıb.

16:38

Türkiyənin Bartın vilayətinin valisi ölkə sahillərində batan gəmidəki 13 ekipaj üzvü əvvəldə qeyd olunduğu kimi Rusiya yox, Ukrayna vətəndaşlarıdır.

“RİA Novosti” batan Rusiya gəmisinin operatorunun Ukraynanın “Tesore Marine” şirkəti olduğunu bildirib.

Son məlumatlara görə batan gəminin iki heyət üzvü həlak olub.

15:32

Qara dənizdə batan Rusiya yük gəmisinin heyətindən üç nəfər Türkıyə tərəfindən xilas edilib.

Bu barədə Bartın vilayətinin qubernatoru Sinan Güner bildirib.

15:19

Rusiyanın yük gəmisi Qara dənizin Türkiyə sahillərində batıb.

Anadolu Agentliyinin yaydığı məlumata görə, hadisə Bartın vilayəti bölgəsində baş verib. Hadisənin təfərrüatı barədə hələlik başqa xəbər yoxdur.

Bildirilir ki, Türkiyə tərəfi üç xilasetmə qayığında olan 15 ekipaj üzvünü xilas etmək üçün əməliyyat keçirir.

Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatına mane olur. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri