21 
Yan
2021
00:12
50
540
6012
Virtual karabakh

Madriddəki partlayış nəticəsində yaralıların sayı artıb - YENİLƏNİB+VİDEO

21 Yan, 2021
00:12
6012

Madriddəki partlayış nəticəsində yaralıların sayı artıb - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən qocalar evinin binasında baş verən partlayış zamanı 11 nəfər xəsarət alıb.

“RİA Novost” agentliyi xəbər verir ki, bu barədə məlumat Madrid şəhərin Fövqəladə Hallar Nazirliyinin rəsmi “Twitter” səhifəsində yerləşdirilib.

“Üç nəfərin öldüyü, 11 şəxsin xəsarət aldığı məlumdur. Yaralılara tibbi yardım göstərilir. Onlardan birinin vəziyyəti ağırdır, 10 nəfər yüngül yaralıdır”, - deyə rəsmi məlumatda qeyd olunur.

Partlayış baş verən ərazidə yerləşən bir neçə bina təhlükəsizlik məqsədi ilə boşaldılıb.

 

20 yanvar, 19:18

İspaniya paytaxtı Madriddə baş verən partlayış nəticəsində ən azı iki nəfər həlak olub.

Bu barədə “La Vanguardia” nəşri məlumat yayıb.

Qeyd edək ki, Madrid şəhərində yerləşən qocalar evində qaz sızması nəticəsində güclü partlayış baş verib.

18:48

Bir neçə dəqiqə əvvəl İspaniyanın paytaxtı Madriddə baş verən patlayışın ilkin səbəbi məlum olub.

“Telegram” kanalları yerli KİV-lərə istinadən xəbər verir ki, Madrid şəhərində yerləşən qocalar evinin binasında qaz sızması nəticəsində meydana gəlmiş partlayış nəticəsində altı nəfər xəsarət alıb.

18:40

İspaniyanın paytaxtı Madriddə güclü partlayış olub.

TASS agentliyi xəbər verir ki, partlayşın baş verdiyi ərazidə yerləşən yaşayış binasının bir hissəsi dağılıb.

Qonşu evlərə də ziyan dəydiyi bildirilir.

Partlayışın səbəbləri, ölən və xəsarət alanların olması barədə əlavə məlumat verilmir.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri