21 
Yan
2021
14:18
18
182
3145
Virtual karabakh

Koronavirusla bağlı yeni təhlükə: Təkrar yoluxma ölümlə nəticələndi

21 Yan, 2021
14:18
3145

Koronavirusla bağlı yeni təhlükə: Təkrar yoluxma ölümlə nəticələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada bir xəstə koronavirusa təkrar yoluxmadan sonra vəfat edib.

“Tagesschau” agentliyinin məlumatına görə, ölkədə ilk dəfədir ki, bu hal qeydə alınır.

Baden-Vyuhtemberg federal əyalətinin hökuməti 73 yaşlı kişinin aprel ayında COVID-19-a yoluxaraq sağalıb. Həmin şəxsin dekabr ayında ikinci dəfə yoluxduğunu və 11 yanvarda ağciyərindəki fəsadlardan öldüyü təsdiqlənib.

Həkimlər kişinin xəstəliyi uzun müddət simptomsuz keçirdiyini bildiriblər. Bütün bu dövr ərzində əlamətlər olmadığına görə bu dəfə o, virusu həyat yoldaşına da keçirib.

Qeyd edək ki, Robert Kox İnstitutunun alimlərinin fikrincə, təkrar yoluxma son dərəcə nadir haldır və adətən ikinci dəfə xəstəlik ilk dəfə olduğundan daha yüngül keçir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri