21 
Yan
2021
15:51
101
217
3234
Virtual karabakh

Dünyanın ən böyük peyvənd istehsalçısı sayılan institutda güclü yanğın başladı - VİDEO

21 Yan, 2021
15:51
3234

Dünyanın ən böyük peyvənd istehsalçısı sayılan institutda güclü yanğın başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Puna şəhərində koronavirusa qarşı peyvənd hazırlanan institut kompleksində yanğın baş verib.

NDTV xəbər verir ki, yanğın yeni inşaat aparılan ərazidə başlayıb. Hadisə vaksinin istehsalına təsir göstərməməlidir.

Bildirilir ki, yanğının baş verdiyi meydança istehsal binasından kənarda yerləşir.

İnstitut ərazisində dərman istehsalını genişləndirmək üçün tikilən binaların üstündən tüstü qalxır.

İlkin məlumata görə, yanğın ərazisində dörd nəfər ola bilər. Hadisə yerində təxminən 10 yanğınsöndürmə briqadası işləyir.

Dünyanın ən böyük peyvənd istehsalçısı sayılan institut hazırda Britaniya-İsveç şirkəti “AstraZeneca” və Oxford Universiteti tərəfindən hazırlanan “Covishield” peyvəndini istehsal edir.

Bu, hazırda Hindistanda istifadəsi təsdiqlənmiş iki koronavirus peyvəndindən biridir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri