23 
Yan
2021
07:45
221
54
3663
Virtual karabakh

İşlədiyi supermarketdən bir milyon dollar oğurladı

23 Yan, 2021
07:45
3663

İşlədiyi supermarketdən bir milyon dollar oğurladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Corcia ştatında Tre Braun adlı şəxs işlədiyi supermarketdən təqribən bir milyon dollar oğurlayıb.

“AJC” portalnın məlumatına görə, cinayət “Kroger” supermarketində baş verib.

Ticarət obyektinin saxta əməliyyatların izlənilməsi üzrə eksperti milad ərəfəsində məzuniyyətə çıxıb. Onun işdə olmadığı müddətdə supermarket əməkdaşları bəzi şübhəli əməliyyatların şahidi olduqları üçün Qvinnet dairəsi Polis idarəsinə müraciət ediblər.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində marketin əməkdaşı 19 yaşlı Tre Braun cinayətdə şübhəli olaraq müəyyənləşdirilib.

O, dekabr-yanvar ayları ərzində təxminən bir ay boyu maliyyə fırıldaqları ilə məşğul olub. Braun həqiqi olmayan şəxslərin adından öz kart hesablarına 40 dəfə məhsulların geri qaytarılması əməliyyatını həyata keçirib. Əməliyyatların məbləği 75-87-min dollar arasında dəyişib.

Ümumən, bir ay ərzində 19 yaşlı gənc supermarketdən 980 min dollar oğurlayıb. Polis onu həbs etsə də, Braun 11 200 dollar girov ödəyərək istintaq müddətində azadlığa çıxıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri