23 
Yan
2021
03:00
132
15
6371
Virtual karabakh

Koronavirusa yoluxma riskini azaldan sadə üsul açıqlandı

23 Yan, 2021
03:00
6371

Koronavirusa yoluxma riskini azaldan sadə üsul açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəfəs aldığımız hava koronavirusa yoluxma şansına təsir edir.

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok xəbər verib.

O bildirib ki, COVID-19-a yoluxanlar ən çox ağciyər problemindən təsirlənirlər. Koronavirus tənəffüs sistemini zədələyir, buna görə havanın keyfiyyəti infeksiya riskini və xəstəliyin şiddətini təsir edir.

Həkim havanın oksigenlə doyması halında bütün tənəffüs yolları xəstəliklərinin gedişini asanlaşdırdığını vurğulayıb.

“Havanın tərkibində oksigen nə qədər çox olarsa, insanın koronavirus infeksiyası da daxil olmaqla tənəffüs yollarının xəstəliklərinə dözməsi o qədər asan olacaq”, - deyə Vladimir Bolibok əlavə edib.

Allerqoloqun sözlərinə görə, çirkli hava əksinə, koronovirus da daxil olmaqla bütün viral infeksiyalara həssaslığı artırır.

“Buna görə daim təmiz hava axını təmin olunmalıdır. Yataq otaqlarına xüsusi diqqət yetirilməlidir - yaxşı havalandırılmalı, tozdan təmizlənməlidir, çünki günün əhəmiyyətli bir hissəsini orada keçiririk”, - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri