25 
Yan
2021
08:00
16
419
4074
Virtual karabakh

Rusiyalı türk qayığını oğurlayıb Yunanıstana qaçdı

25 Yan, 2021
08:00
4074

Rusiyalı türk qayığını oğurlayıb Yunanıstana qaçdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstanda türk qayığını qaçıran Rusiya vətəndaşı saxlanılıb.

Bu barədə bazar günü “Proto Thema” yunan qəzeti məlumat verib.

Məlumata görə, 33 yaşlı Rusiya vətəndaşı Yunanıstanın Tinos adasının yerli polis qüvvələri tərəfindən ölkəyə su yolu ilə qeyri-qanuni şəkildə daxil olmağa cəhd edərkən saxlanılıb. Araşdırma zamanı rusiyalının idarə etdiyi yelkənli qayığı Türkiyənin Çeşmə şəhəri sahillərindən oğurladığı məlum olub.

Saxlanılan şəxsin adı və soyadı hələ ki açıqlanmayıb. Polis qanun pozucusunun sırf təsadüf nəticəsində ələ keçirildiyini bildirib. Belə ki, onun idarə etdiyi qayıq Tinos adası yaxınlığında dəniz dibinə sürtülərək sıradan çıxıb.

Hadisə yerinə gedən iki patrul gəmisi Rusiya vətəndaşına kömək etsə də, məsələnin araşdırılması üçün onu saxlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri