31 
Yan
2021
16:02
351
31
6336
Virtual karabakh

Ailəsinin nasistlərdən gizləndiyi kəndə iki milyon avro vəsiyyət etdi

31 Yan, 2021
16:02
6336

Ailəsinin nasistlərdən gizləndiyi kəndə iki milyon avro vəsiyyət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyalı Erik Şvam ölümündən sonra iki milyon avroya yaxın varidatını Fransanın cənubunda yerləşən Şambon-sür-Linyon komunnasına vəsiyyət edib.

Bu barədə “20 minutes” qəzeti məlumat verib.

Məlumata əsasən, məhz həmin kəndin sakinləri İkinci Dünya müharibəsi zamanı Şvamın ailəsini nasistlərdən gizlədiblər.

Əslən yəhudi olan Şvam ailəsi 1943-cü ildə Avstriyadan qaçıb və adıçəkilən Fransa kəndinə pənah gətiriblər. Kəndlilər onları yerli məktəbin binasında gizlədiblər. Şvam özü də 1950-ci ilədək burada yaşayıb. Daha sonra Liondan olan bir xanımla ailə quraraq kəndi tərk edib. Şvam ötən il, dekabrın 25-də vəfat edib.

Yerli hakimiyyət nümayəndələri məsələ ilə bağlı ətraflı şərh verməsələr də, sözügedən məbləğin Şambon-sür-Linyon komunnası üçün ciddi vəsait olduğunu bildiriblər.

Həmçinin kəndə bağışlanan məbləğin Şvamın istəyinə uyğun olaraq, ilk növbədə yerli gənclərin təhsil və inkişafına yönəldiləcəyi qeyd edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri