Fev
2021
00:55
946
23
2769
Virtual karabakh

Türkiyə-Pakistan birgə hərbi təlimləri başlayır - FOTO

5 Fev, 2021
00:55
2769

Türkiyə-Pakistan birgə hərbi təlimləri başlayır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Müdafiə Nazirliyi Pakistanda keçiriləcək “Atatürk təlimləri 2021”də iştirak etmək üçün türk hərbçilərinin bu ölkəyə yola düşdüyünü açıqlayıb.

“Anadolu Agentliyi”ndən verilən xəbərə əsasən, bu barədə məlumat nazirliyin “Twitter” səhifəsində paylaşılıb.

Nazrilikdən verilən açıqlamada həmçinin, hərbi təlimlərin 4-20 fevral aralığında keçiriləcəyi və iki ölkənin silahlı qüvvələri arasında birgə fəaliyyətin inkişafı məqsədi daşıdığı qeyd olunub.

Məlumat üçün bildirək ki, Türkiyə-Pakistan xüsusi təyinatlı qüvvələrinin ortaq təlimləri 1988-ci ildən etibarən mütəmadi qaydada keçirilir. Təlimlər Türkiyədə təşkil olunduqda “Cinnah təlimləri”, Pakistanda keçirildikdə isə “Atatürk təlimləri” adlandırılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri