Fev
2021
16:42
8
138
5135
Virtual karabakh

Koronavirusu ən çox yayan yaş qrupu müəyyənləşdi

5 Fev, 2021
16:42
5135

Koronavirusu ən çox yayan yaş qrupu müəyyənləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada hansı yaş qrupunun koronavirusu daha çox yaydığını öyrənmək üçün araşdırma aparılıb.

“Imperial College London” tərəfindən aparılan tədqiqat “Science” jurnalında yayımlanıb.

2020-ci ilin fevralından oktyabr ayına qədər 10 milyondan çox ABŞ vətəndaşının mobil telefon məlumatları, hara getdikləri və harada olduqları araşdırılıb.

Bundan sonra həmin ərazilərdəki ölüm və yoluxma müqayisəli şəkildə təhlil edilib.

Məlum olub ki, COVID-19-a yoluxmanın demək olar ki, 3/4-nü 20-49 yaş arasındakı insanlar yayır.

Bu şəxslərin COVID-19-u yayma nisbəti 41,1 olub.

Britaniyada aparılan araşdırma ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatları ilə uyğunlaşdırılıb.

Bütün 50 ştatda aparılan araşdırmalara görə, koronavirusu 2020-ci ilin mart və avqust ayları arasında ən çox yayan yaş qrupunun 20-29 olduğu müəyyənləşib.

Yoluxanların orta yaşının isə 46-dan 38-ə düşdüyü qeyd edilib.

Bildirilir ki, orta yaş qrupu iş həyatında daha aktiv olduğu və iş fəaliyyətləri səbəbiylə daha çox insanla əlaqə qurduğu üçün virusu daha çox yayır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri