Fev
2021
16:58
14
342
1953
Virtual karabakh

ABŞ-da uşaq qidalarında yüksək miqdarda qurğuşun və civə tapıldı

5 Fev, 2021
16:58
1953

ABŞ-da uşaq qidalarında yüksək miqdarda qurğuşun və civə tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da populyar uşaq qidaları markalarında arsen, qurğuşun, kadmiyum və civə daxil olmaqla yüksək dərəcədə ağır zəhərli metallara rast gəlinib.

Qazeta.ru-nun məlumatına görə, bu barədə ABŞ Nümayəndələr Palatasının İqtisadi və İstehlakçı Siyasəti Alt Komitəsinin saytında deyilir.

Alt Komitə mütəxəssisləri Gerber, Nurture Inc, Hain Celestial Group Inc, Beech-Nutrition şirkətlərinin daxili sənədlərini araşdırıblar.

Yoxlama qidalarda metalların olması barədə bir il əvvəl şöbəyə daxil olan məlumatlardan sonra aparılıb.

Mütəxəssislər istehsalçıların bu məhsulları valideynlərə xəbərdarlıq etiketi olmadan satıldığına diqqət çəkirlər.

ABŞ səlahiyyətliləri şirkətlərin istehsal siyasətlərinə yenidən baxmağı və dövlət səviyyəsində müvafiq standartların qəbul edilməsini planlaşdırır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri