Fev
2021
12:54
206
16
1969
Virtual karabakh

Məşhur xarici nəşr Azərbaycanı ziyarət etməyin beş əsas səbəbini açıqladı

9 Fev, 2021
12:54
1969

Məşhur xarici nəşr Azərbaycanı ziyarət etməyin beş əsas səbəbini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın məşhur “NewsBytes” nəşri “Azərbaycan: Tanımadığınız bu ölkəni niyə görməlisiniz?” başlıqlı məqalə təqdim edib.

Yazıda Azərbaycanı ziyarət etmək üçün bir neçə səbəbin olduğu sadalanır.

Nəşrə görə, birinci səbəb atəşpərəstlərin sitayiş və ibadət məbədi olan “Atəşgah” məbədi və “Yanardağ” dövlət qoruğudur.

İkincisi səbəb kimi Azərbaycanda olan 350 palçıq vulkanları göstərilir.

Qeyd olunur ki, burada dünyanın ən böyük palçıq vulkanı olan Qarasu vulkanı yerləşir. Qarasu püskürən zaman palçıq 1000 metr yüksəkliyə atılır.

Üçüncü səbəb kimi Şərq və Qərb mədəniyyətinin qovşağında yerləşən möhtəşəm Bakı şəhəri , dördüncüsü səbəb olaraq Xınalıq və Laza kimi füsunkar dağ kəndləri göstərilir.

“NewsBytes” yazır ki, Qafqaz dağlarının mənzərəsi valehedicidir, burada yaşayan kəndlilər isə mehriban və qonaqpərvərdirlər.

Məqalənin sonunda vurğulanır ki, Azərbaycana səfər etmək üçün başqa bir səbəb qiymətlərin əlçatan olmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri