19 
Fev
2021
16:30
167
53
5575
Virtual karabakh

Peskov açıqladı: “Putin niyə general deyil?”

19 Fev, 2021
16:30
5575

Peskov açıqladı: “Putin niyə general deyil?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya Prezidenti Vladimir Putin general rütbəsinə layiqdir, ancaq hazırda bu onun üçün prioritet təşkil etmir”.

RT-nin məlumatına görə, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ümumi götürsək, Putin dəfələrlə bu rütbəyə layiq olub, ancaq bu hazırda onun üçün əsas məsələ deyil. Bilirsiniz ki, o, prezident kimi fəaliyyət göstərir, işləri çoxdur”, - deyə Kremlin nümayəndəsi bildirib.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin hazırda polkovnik rütbəsindədir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri