22 
Fev
2021
23:47
34
230
1867
Virtual karabakh

Bağdadın “yaşıl zona”sı raket atəşinə tutulub

22 Fev, 2021
23:47
1867

Bağdadın “yaşıl zona”sı raket atəşinə tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bağdadın ictimai və siyasi mərkəzi sayılan yaşıl zona raket atəşinə tutulub.

Bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

Məlumata görə, İraq paytaxtının ABŞ səfirliyi də daxil olmaqla, dövlət qurumları və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi bu ərazisinə ən az üç raket atılıb. Onlardan ikisi zona daxilinə, üçüncüsü isə kənara düşüb.

Hadisə nəticəsində insan tələfatının olmadığı bildirilib.

Xatırladaq ki, Bağdadın mərkəzində möhkəmləndirilmiş və ciddi şəkildə qorunan bir ərazi olan yaşıl zona son aylar ərzində artıq ikinci dəfədir ki, raket və minaatanlardan hücuma məruz qalır.

Qeyd edək ki, rəsmi Vaşinqton dəfələrlə İraqda fəaliyyət göstərən İran yönümlü silahlı qrupları paytaxta hücumlarda günahlandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri