24 
Fev
2021
19:46
229
21
1782
Virtual karabakh

İspaniyada general Frankonun son heykəli sökülüb – FOTO

24 Fev, 2021
19:46
1782

İspaniyada general Frankonun son heykəli sökülüb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyada general Fransisko Frankonun son heykəli sökülüb.

“BBC News” xəbər verir ki, faşist diktatorun Melilla anklavında şəhər qapıları qarşısında ucaldılımış abidəsi yerli sakinlər arasında keçirilən səsvermədən sonra ortadan qaldırılıb.

Melilla Məclisinin üzvü Elena Fernandez Trevino anklavdakı Franko heykəlinin sökülməsini “tarixi hadisə” adlandırıb.

Qeyd edək ki, abidənin sökülməsinə qarşı çıxanlar da olub. Belə ki, “Səs” partiyasının üzvləri 1978-ci ildə ucaldılmış heykəlin saxlanılması tərəfdarı olduqlarını bildiriblər. Onlar İspaniyanın 1920-ci illərdə Mərakeşdəki Bərbər tayfalarına qarşı vuruşduğu Rif Müharibəsi zamanı İspan Legionunun komandiri kimi Frankonun xidmətlərini xatırladıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri