Mar
2021
04:00
156
44
5753
Virtual karabakh

Haqqında film çəkilən məşhur mafiyanın başçısı öldü

1 Mar, 2021
04:00
5753

Haqqında film çəkilən məşhur mafiyanın başçısı öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mafiya filmləri həvəskarlarına yaxşı tanış olan Qambini ailəsinin başçısı Piter Artur Qotti vəfat edib.

“Associated Press” informasiya agentliyinin məlumatına görə, mafiya başçısı 82 yaşında ABŞ-ın Şimali Karolina ştatındakı federal həbsxanada ölüb.

Onun tibbi səbəblərdən – yaşının çox olması və səhhətinin zəifləməsi nəticəsində vəfat etdiyi bildirilib.

Xatırladaq ki, Qambini ailəsi cinayətkar qrupu hələ 1902-ci ildə təşəkkül tapıb. O, Nyu-York mafiyasını idarə edən beş böyük ailədən biri idi.

Artur Qottiyə gəlincə, mərhum 2002-ci ildə qardaşı Con Qottinin vəfatından sonra ailəyə başçılıq edib. Cəmi bir il sonra isə həbs olunaraq 26 illik cəzaya məhkum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri