Mar
2021
14:24
142
25
3141
Virtual karabakh

Tramp okean sahilində yerləşən malikanəsini satışa çıxarıb - FOTO

5 Mar, 2021
14:24
3141

Tramp okean sahilində yerləşən malikanəsini satışa çıxarıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Florida ştatının məşhur Palm-Biç şəhərində okean sahilində yerləşən və ABŞ-ın keçmiş prezidenti Donald Trampın adına qeydiyyatda olan malikanə 49 milyon dollara satışa çıxarılıb.

Bu barədə “New York Post” nəşri məlumat yayıb.

Qeyd olunur ki, iki mərtəbəli malikanənin sahəsi üç min kvadrat metrdən çoxdur.

Malikanənin səkkiz yataq otağı, doqquz hamam otağı, kitabxanası, qonaq otağı, hovuzu və şüşəli terrası var.

Bina 1956-cı ildə Bermud üçbucağı üslubunda tikilib, lakin bir müddət əvvəl müasir şəkildə təmir olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri