24 
Mar
2021
17:20
592
36
3590
Virtual karabakh

Mövlud Çavuşoğlu: “S-400” məsələsi artıq bitib”

24 Mar, 2021
17:20
3590

Mövlud Çavuşoğlu: “S-400” məsələsi artıq bitib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Brüsseldəki qərargahında ABŞ-ın dövlət katibi Entoni Blinkinlə görüşüb.

“Anadolu” agentliyi diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən yazır ki, görüş zamanı Suriya, Liviya və Şərqi Aralıq dənizi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Mövlud Çavuşoğlu ABŞ rəsmisinə növbəti dəfə Türkiyənin PKK və FETO ilə bağlı mövqeyini xatırladıb.

M.Çavuşoğlu və Entoni Blinkin həmçinin “S-400” zenit-raket kompleksləri barədə də fikir mübadiləsi aparıblar.

M.Çavuşoğlu bildirib ki, Türkiyə “S-400” komplekslərini artıq əldə edib və bu məsələ Türkiyə üçün bitmiş hesab olunur.

“Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyik”, - deyə M.Çavuşoğlu vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri