25 
Mar
2021
10:46
156
45
1907
Virtual karabakh

Estafet zamanı Olimpiya məşəli söndü

25 Mar, 2021
10:46
1907

Estafet zamanı Olimpiya məşəli söndü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Olimpiya alovunun məşəli hazırda Yaponiyanın Fukusima prefekturasından keçən estafet zamanı sönüb.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məşəl dərhal yenidən yandırılıb və bundan sonra yürüş davam edib.

Estafet martın 25-də Fukusimadakı “J-Village” futbol-təlim mərkəzindən başlanılıb. Ümumilikdə 121 gün davam edəcək estafetdə təxminən 10 min nəfərin iştirakı gözlənilir. Olimpiya məşəli ölkənin 47 prefekturasındakı 859 bələdiyyənin ərazisindən keçəcək.

Xatırladaq ki, Tokio Olimpiya Oyunları 23 iyul-8 avqust tarixlərində keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri