29 
Mar
2021
13:15
328
18
9109
Virtual karabakh

Azərbaycanlıların tək şəxsiyyət vəsiqəsi ilə səhayəti barədə Türkiyə XİN-dən BƏYANAT

29 Mar, 2021
13:15
9109

Azərbaycanlıların tək şəxsiyyət vəsiqəsi ilə səhayəti barədə Türkiyə XİN-dən BƏYANAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşlarının ölkəyə tək şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri ilə bağlı bəyanat yayıb.

“10 dekabr 2020-ci il tarixində Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında Bakıda imzalanmış tək şəxsiyyət vəsiqəsi ilə Turizm Protokolunun daxili təsdiqlənmə müddəti hər iki ölkə üçün başa çatıb”, - deyə bildirilir.

Məlumata görə, sözügedən protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

“Beləliklə, iki ölkə vətəndaşları pasporta ehtiyac olmadan Türkiyə ilə Azərbaycan arasında birbaşa səyahəti yalnız yeni şəxsiyyət vəsiqəsi təqdim edərək həyata keçirə biləcək.

1 aprel 2021-ci il tarixindən etibarən can Azərbaycan ilə həyata keçiriləcək yeni tənzimləmə ölkələrimiz arasında “iki dövlət, bir millət” ifadəsinə əsasən möhkəm qardaşlıq əlaqələrini daha da gücləndirəcək”, - deyə vurğulanır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri