Apr
2021
10:26
97
23
1786
Virtual karabakh

ABŞ-ın baş infeksionisti: “Britaniya-İsveç peyvəndinə ehtiyac yoxdur”

2 Apr, 2021
10:26
1786

ABŞ-ın baş infeksionisti: “Britaniya-İsveç peyvəndinə ehtiyac yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın baş infeksionisti Entoni Fauçi hətta milli tənzimləyici tərəfindən təsdiqlənsə belə, ölkədə koronavirusla mübarizə aparmaq üçün “AstraZeneca” peyvəndindən istifadəyə ehtiyac görmür.

“Buna hələ qərar verilməlidir. Ancaq bir sıra şirkətlərlə olan müqavilə əlaqələrimizi nəzərə alsaq “AstraZeneca”ya müraciət etmədən bütün ehtiyaclarımızı ödəmək üçün kifayət qədər peyvəndimiz var”, - deyə Fauçi “Reuters” agentliyinə verdiyi açıqlamada bildirib.

Hal-hazırda bəzi Avropa ölkələri vaksinasiya olunanlarda tromboembolik fəsadlar səbəbindən sözügedən peyvənddən istifadəni dayandırıb. Avropa tənzimləyicisi hadisələri araşdırır, lakin hələlik peyvəndin davam etdirilməsini mümkün hesab edir.

Qeyd edək ki, ABŞ-da hələ Britaniya-İsveç birgə istehsalı olan “AstraZeneca”nın istifadə icazəsi yoxdur. Ölkədə yalnız “Pfizer/BioNTech”, “Moderna” və “Johnson&Johnson” peyvəndləri təsdiq olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri