Apr
2021
15:48
18
177
2070
Virtual karabakh

İran Qırmızı dənizdə baş verən gəmi insidentinə rəsmi münasibət bildirdi

7 Apr, 2021
15:48
2070

İran Qırmızı dənizdə baş verən gəmi insidentinə rəsmi münasibət bildirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə Qırmızı dənizdə üzən İran gəmisində partlayışın baş verdiyini və bunun nəticəsində gəmiyə ziyan dəydiyini bildirib.

İranlı diplomatın açıqlamasını “RİA Novosti” agentliyi dərc edib.

“Çərşənbə axşamı səhər saatlarında Cibuti sahillərində İrana məxsus ticarət gəmisi partlayış nəticəsində zərər görüb. Partlayışın səbəbi araşdırılır”, - deyə S. Xətibzadə bildirib.

İran XİN-nin sözçüsü gəminin hərbi təyinatlı olmadığını bildirib. Partlayış nəticəsində ölüm halı qeydə alınmayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri