Apr
2021
02:52
208
31
4662
Virtual karabakh

Kim Çen In ölkəsindəki çətin vəziyyəti etiraf etdi

8 Apr, 2021
02:52
4662

Kim Çen In ölkəsindəki çətin vəziyyəti etiraf etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreya lideri Kim Çen In ölkəsindəki mövcud vəziyyətin hər zamankındən daha pis olduğunu etiraf edib.

Bu barədə “The Independent” məlumat yayır.

“Misilsiz bir çox sınaqdan keçməli olduğumuz bütün bu zamanların ən çətin vəziyyətində belə insanların yaşayış şəraitinin yaxşılaşdırılması partiyanın hüceyrələrinə, təməl təşkilatlarına bağlıdır”, - deyə o bildirib.

Bundan əlavə, o partiya üzvlərini yanvar ayında partiyanın qurultayında alınan qərarları həyata keçirməyə çağırıb.

Mütəxəssislərin fikrincə, Kim Çen In pandemiyanın ölkə iqtisadiyyatına təsiri, ABŞ tərəfindən tətbiq olunan sanksiyalar, Şimali Koreyanın təcrid olunması, koronavirus infeksiyası səbəbiylə həyatının, habelə on ilə yaxın hakimiyyət dövrünün bəlkə də ən çətin anını yaşayır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri