13 
Apr
2021
12:06
232
12
3044
Virtual karabakh

G-7 ölkələri və Avropa İttifaqı Donbasla bağlı birgə bəyanat yaydılar

13 Apr, 2021
12:06
3044

G-7 ölkələri və Avropa İttifaqı Donbasla bağlı birgə bəyanat yaydılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

G-7 ölkələri və Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna sərhədindəki gərginliklə bağlı açıqlama yayıb.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

“Biz G-7 ölkələrinin - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ-ın xarici işlər nazirləri və Aİ-nin Ali Nümayəndəsi olaraq Rusiyanın Ukrayna ilə sərhədində və qanunsuz olaraq işğal olunmuş Krımda davam edən kütləvi hərbi gücləndirilməsinə görə ciddi narahatlıq keçiririk”, - deyə birgə bəyanatda qeyd edilir.

Bəyanatda əvvəlcədən xəbərdarlıq edilmədən bu genişmiqyaslı hərbi fəaliyyətin təhlükə yaratdığına və sabitliyin pozulduğuna diqqət çəkilib, “Rusiyanın beynəlxalq öhdəlikləri çərçivəsində təxribatlarını dayandırması və gərginliyi azaltması” barədə çağırış edilib.

Bəyanatda Rusiyadan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində hərbi fəaliyyətlə bağlı şəffaflığa dair öhdəliklərini yerinə yetirməsi və Vyana sənədi çərçivəsində qurulmuş prosedurlara cavab verməsi istənilib.

Eyni ölkələrin 18 mart tarixli yazılı açıqlaması da xatırladılıb, bəyanatda Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək təkrarlanıb və Ukraynanın mübarizə məqsədilə atdığı addımların dəstəklənilməsi dilə gətirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri