13 
Apr
2021
15:54
276
24
3100
Virtual karabakh

NATO-dan Rusiyaya Ukrayna sərhədlərindəki qoşunlarla bağlı ÇAĞIRIŞ

13 Apr, 2021
15:54
3100

NATO-dan Rusiyaya Ukrayna sərhədlərindəki qoşunlarla bağlı ÇAĞIRIŞ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO Baş katibi Yens Stoltenberq Rusiya Federasiyasını Ukrayna sərhədləri yaxınlığında qoşun toplamağı dayandırmağa çağırıb.

Bu barədə UNİAN məlumat yayıb.

“Biz hadisələrin hazırkı inkişafından ciddi narahatlıq keçiririk, NATO vəziyyəti diqqətlə izləyir. Son həftələrdə Rusiya minlərlə döyüş qabiliyyətli hərbi personalını Ukrayna sərhədlərinə köçürdü, bu da 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra Rusiya qoşunlarının ən böyük cəmləşməsidir”, - deyə Y.Stoltenberq bildirib.

O, həmçinin son günlərdə Ukraynanın şərqində bir neçə əsgərin həlak olduğunu da qeyd edib.

Yens Stoltenberq deyib ki, Rusiyanın qüvvələrini əhəmiyyətli dərəcədə artırması əsassızdır və dərin narahatlığa səbəb olur.

“Rusiya Ukrayna sərhədinə qoşunlarını artırmağı, təxribatlarını dayandırmalı və dərhal gərginliyi azaltmalıdır”, - deyə NATO Baş katibi bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri